Azərbaycan, Bakı, 6 avqust /Trend müxbir K.Zərbalıyeva/
Bakıda 15 yaşlı uşağı əqrəb sancıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, avqustun 4-də Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan 15 yaşlı oğlanı əqrəb sancıb.
Uşaq xəstəxanaya yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, mövsümün ilk əqrəbsancması mayın 13-də qeydə alınıb. Mövsüm ərzində 35 nəfəri əqrəb sancıb.