Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda ötən gün 9 yol qəzası qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qəzalarda 7 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
Qəzalar daha çox piyadavurma, aşma və maneə vurmalar olub.