...

Rusiyadan Türkiyəyə uşaq satan şəbəkə ələ keçirilib

Hadisə Materials 2 Noyabr 2012 13:03 (UTC +04:00)
Rusiyanın cənubundakı Qafqaz regionundan azyaşlı uşaqların ticarəti ilə məşğul olan şəbəkə ələ keçirilib. Şəbəkənin bölgədən Türkiyəyə uşaq ticarəti həyata keçirdiyi bildirilir.
Rusiyadan Türkiyəyə uşaq satan şəbəkə ələ keçirilib

Azərbaycan, Bakı, 2 noyabr / Trend, müxbir X.Murtuzayeva/

Rusiyanın cənubundakı Qafqaz regionundan azyaşlı uşaqların alveri ilə məşğul olan şəbəkə ələ keçirilib. Şəbəkənin bölgədən Türkiyəyə uşaq ticarəti həyata keçirdiyi bildirilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər verib.

Məlumata görə, şəbəkə indiyə qədər ümumilikdə 12 uşaq satıb. Ələ keçirilən şəbəkənin oğlan uşaqlarını 500 min rubla (16 min dollar), qız uşaqlarını isə 350 min rubla (11500 dollar) satdığı xəbər verilir.

Şəbəkənin Çeçenistanda fəaliyyət göstərdiyini bildirən Rusiya DİN-in rəsmiləri qonşu Dağıstan Respublikasındakı bəzi həkimlərin də həmin şəbəkənin üzvləri olduqlarını bildiriblər. Aralarında doğum evi rəhbərləri, həkim və iş adamlarının da olduğu şəbəkənin vasitəçi şəxslərə 50 min rubl (1700 dollar) komisyon haqqı verdiyi məlum olub. Dağıstanda şəbəkə ilə əlbir olan biri xəstəxana rəhbəri olmaqla, iki şəxsin saxlandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti