...

"Türkiyə Hava Yolları"nın təyyarəsi Ankarada təcili eniş edib

Hadisə Materials 7 Noyabr 2012 12:18 (UTC +04:00)
"Türkiyə Hava Yolları"nın Trabzon-İstanbul marşrutu üzrə daxili reys həyata keçirən təyyarəsi Ankarada təcili eniş etməli olub.
"Türkiyə Hava Yolları"nın təyyarəsi Ankarada təcili eniş edib

Azərbaycan, Bakı, 7 noyabr / Trend, müxbir A.Tağıyeva /

"Türkiyə Hava Yolları"nın Trabzon-İstanbul marşrutu üzrə daxili reys həyata keçirən təyyarəsi Ankarada təcili eniş etməli olub. Trend-in məlumatına görə, bu barədə "CNN Turk" telekanalı xəbər verib.

Enişin səbəbi sərnişin Nurəddin Kuçukun vəziyyətinin qəflətən pisləşməsi olub. Təyyarə Esenboğa aeroportunda yerə enib.

Xəstələnmiş sərnişin oradan təcili olaraq xəstəxanaya aparılıb.
Bir saatdan sonra təyyarə gözlənilmədən pozulmuş uçuşu başa çatdıraraq İstanbuldakı Atatürk aeroportunda yerə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti