...

İranda baş vermiş zəlzələ nəticəsində 8 nəfər ölüb, 23-ü yaralanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 Dekabr 2012 09:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir T.Cəfərov/

İranın Xorasan Cənubi əyalətində 5,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 8 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Trend İranın "Mehr" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, bir uşaq da itkin düşüb ki, onun axtarışları davam edir.

Xorasan Cənubi əyalətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmmədəli Axundi deyib ki, hazırda xilasetmə işləri yekunlaşmaq üzrədir və çadırlar qurulub: "Vəziyyətə tamamilə nəzarət olunur və bütün qüvvələr hazırlıq vəziyyətindədir. Zəlzələdən xəsarət alanlara çadırlar paylanıb və zəruri ərzaqla təmin olunublar".

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla ötən gecə saat 20:38-də Xorasan Cənubi əyalətinin inzibati mərkəzi Bircənd şəhərindən şimal-qərbdə yerləşən Zohan şəhərində qeydə alınıb.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti