...

Bakının Aeroport sosesində zəncirvari yol qəzası baş verib

Hadisə Materials 6 Dekabr 2012 09:35 (UTC +04:00)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə bildirib ki, səhər saat 08:30 radələrində 5 maşının toqquşması ilə nəticələnən yol qəzası olub.
Bakının Aeroport sosesində zəncirvari yol qəzası baş verib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bakının Aeroport şosesində, "Buta Palace"ın qarşısında zəncirvari yol qəzası baş verib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə bildirib ki, səhər saat 08:30 radələrində 5 maşının toqquşması ilə nəticələnən yol qəzası olub.

Əvvəlcə hadisə yerinə təcili yardımın 4 briqadası göndərilib. Lakin yol qəzası ciddi olmadığından, 3-ü geri qaytarılıb.

Hadisə nəticəsində cəmi bir nəfər yüngül xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti