...

"Vnukova"da təyyarə qəzası nəticəsində xəsarət alanların vəziyyəti sabit ağırdır

Hadisə Materials 3 Yanvar 2013 11:25 (UTC +04:00)
"Tu-204" təyyarəsinin Moskvanın "Vnukova" aeroportuna qəza enişi etməsi nəticəsində xəsarət alan üç nəfərin vəziyyəti sabit ağırdır.
"Vnukova"da təyyarə qəzası nəticəsində xəsarət alanların vəziyyəti sabit ağırdır

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

"Tu-204" təyyarəsinin Moskvanın "Vnukova" aeroportuna qəza enişi etməsi nəticəsində xəsarət alan üç nəfərin vəziyyəti sabit ağırdır. Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) böhran vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin rəhbəri Vladimir Stepanov deyib.

"Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanadadır. Onların vəziyyəti sabit ağır qiymətləndirilir", - o, FHN-in iclasında bildirib.

Qeyd edək ki, "Red Wings" çarter şirkətinə məxsus "Tu-204" təyyarəsi dekabrın 29-da "Vnukovo" aeroportunda uçuş zolağından çıxaraq yanıb, nəticədə 5 nəfər ölüb. Qəzanın ilkin səbəbi kimi pilotların səhvi göstərilir, lakin istintaq faciənin digər versiyalarını da nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti