Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/
Gəncə şəhər sakinləri qadınları fahişəliyə cəlb etmələri faktı ilə əlaqədar tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Pərvanə Əliyeva və Sevinc Verdiyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmələri faktı ilə əlaqədar tutulublar.