...

Rusiyada axtarışda olan Gürcüstan vətəndaşı Bakıda saxlanılıb

Hadisə Materials 8 Fevral 2013 14:48 (UTC +04:00)
Qəsdən adam öldürmə faktı üzrə axtarışda olan Gürcüstan vətəndaşı Vidadi Məmmədov tutulub.
Rusiyada axtarışda olan Gürcüstan vətəndaşı Bakıda saxlanılıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Qəsdən adam öldürmə faktı üzrə axtarışda olan Gürcüstan vətəndaşı Vidadi Məmmədov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-in 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Gürcüstan vətəndaşı Vidadi Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti