Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/
Suraxanı rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 74 yaşlı kişi ölüb.
Suraxanı Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 13:45 radələrində sürücü Nuriyev Əli Mübariz oğlu idarə etdiyi "Temsa Prestij City" markalı, 10-TQ-575 dövlət nömrə nişanlı avtobus Suraxanı rayonu E.Bəkirli küçəsi istiqamətində hərəkətdə olarkən piyada, 1939-cu il təvəllüdlü Məmmədov Əşrəfəli Məşədiabbasəli oğlunu vurub.
Nəticədə piyada Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci () maddəsi ilə iş açılıb.