...

Şəkidə baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb

Hadisə Materials 27 Fevral 2013 03:53 (UTC +04:00)
Şəki şəhərində vətəndaşa məxsus fərdi yaşayış evində partlayış baş verib. FHN-nin rəsmi saytında yerləşdirilmiş məlumata görə, yanğın olmayıb.
Şəkidə baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Şəki şəhərində vətəndaşa məxsus fərdi yaşayış evində partlayış baş verib. FHN-nin rəsmi saytında yerləşdirilmiş məlumata görə, yanğın olmayıb.

Partlayış nəticəsində ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində, 1 otağın tavanı 0,5 kv.m sahədə dağılıb, ev sakinləri 1983-cü il təvəllüdlü Məmmədov İlham Yusifkərim oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 1984-cü il təvəllüdlü Məmmədov Elman Yusifkərim oğlu isə aldığı ağır bədən xəsarətləri hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti