Azərbaycan, Bakı, 6 mart /Trend/
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göyçay rayonu, Bakı-Qazax yolunun 216-cı kilometrliyində, Kürd kəndi ərazisində "Atinak" inşaat tikinti şirkəti tərəfindən kanalizasiya xətlərində qazıntı və bərpa işləri apararkən torpaq sürüşməsi baş verib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Nəticədə torpaq altında qalmış 2 nəfər fəhlə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən torpağın altından çıxarılaraq, Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.
Əməliyyat saat 21:25-də başa çatıb.
Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.