Azərbaycan, Bakı, 20 mart /Trend/
Türkiyənin paytaxtı Ankara şəhərində iki partlayış baş verib, nəticədə 1 nəfər xəsarət alıb.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, əl qumbaraları Ədalət və İnkişaf Partiyasının, eləcə də Ədliyyə Nazirliyinin inzibati binalarının yaxınlığında partladılıb.
Yaralanan isə Ədliyyə Nazirliyinin əməkdaşı olub.
Hakim partiyanın binasına zərər dəyib.
Polis artıq ərazini nəzarətə götürüb, araşdırma aparılır.