...

Bakıda qatil ər polisə təslim oldu

Hadisə Materials 12 Aprel 2013 13:39 (UTC +04:00)
Qısqanclıq zəminində arvadını bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini könüllü olaraq polisə təslim olub.
Bakıda qatil ər polisə təslim oldu

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Qısqanclıq zəminində arvadını bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini könüllü olaraq polisə təslim olub.

Trend DİN-in yaydığı rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 11-də Bakı şəhər sakini Saleh Fərzəliyev Xırdalan şəhərində yaşayan qayınatası Etibar Kazımovun evində qısqanclıq zəminində arvadı Nərmin Fərzəliyevanı bıçaqla qətlə yetirib.

Fərzəliyev Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək könüllü olaraq təslim olub.

İlkin yoxlama Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti