Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/
Xaçmaz şəhər sakini 6,4 kq metallik civəni satarkən tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Əliyev 6 kiloqram 400 qram metallik civəni 2 min dollara satarkən tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.