İstanbulun yaxınlığında kimya fabriki yanır

Hadisə Xəbər 23 Aprel 2013 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

İstanbulun yaxınlığında yerləşən Qebze şəhərində (Kocaeli vilayəti) kimyəvi təmizləyici vasitələr istehsal edən fabrikdə yanğın baş verib.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, hazırda yanğınsöndürənlər alovu söndürməyə çalışırlar. Onlara kömək üçün hadisə yerinə vilayətin digər rayonlarından və İstanbuldan yanğınsöndürənlər gəliblər.

İlkin məlumatlara görə, hələlik naməlum səbəblərdən Erkay Kimya fabrikində yanğın baş verib. Ölən və xəsarət alanlar haqqında məlumat verilmir.

Yanğın sahəsi 5 min kvadratmetr təşkil edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti