...

DİN Zərdabda 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 2 May 2013 16:26 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 1-də saat 15:00 radələrində Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində Hacıqabul rayon sakini Nadir Hüseynovun idarə etdiyi "Shacman" markalı və Laçın rayon sakini Taciəddin Məmiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşub.
DİN Zərdabda 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

Zərdab rayonunun Bəyimli qəsəbəsinda baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 1-də saat 15:00 radələrində Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində Hacıqabul rayon sakini Nadir Hüseynovun idarə etdiyi "Shacman" markalı və Laçın rayon sakini Taciəddin Məmiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşub.

Nəticədə Məmiyev və sərnişinlərindən atası Müslüm, bacısının oğlu Ramazan Həsənov hadisə yerində ölüb, xəsarət almış bacısı Sehrayə Məmiyeva isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Zərdab Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti