Azərbaycan, Bakı, 2 may /Trend/
Yerevan yaxınlığında yerləşən Yeqvard şəhər polis bölməsi rəisinin meyiti tapılıb. Bu barədə Trend cümə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.
Bu gün səhər saatlarında polis bölməsi rəisinin sürücüsü bildirmişdi ki, o, dünən səhər "Nissan" markalı xidməti maşınında Yeqvard polis bölməsinin inzibati binasından yola düşüb və onun olduğu yer barədə heç bir məlumat yoxdur.
Sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları rəisin cəsədini aşkar ediblər. O, Razdan qəbiristanlığı yaxınlığında saxlanılmış xidməti maşınında başından güllə yarası almış vəziyyətdə tapılıb.