...

İraqda partlayışlar səngimir: ölənlərin sayı 100-ə yaxınlaşır

Hadisə Materials 21 May 2013 01:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

İraqın Hilla şəhərində baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 26 nəfər yaralanıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verib.

İraq polisindən Hillanın əl-Şəria ərazisində Zeynalabidin məscidinin qarşısında bomba yerləşdirilmiş avtomobilin axşam namazından sonra, məscidin yaxınlığında yola qoyulmuş bombanın isə daha sonra partladığını bildiriblər.

Partlayışlar nəticəsində xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.

Qeyd edək ki, İraqın müxtəlif bölgələrində bu gün baş vermiş partlayışlar nəticəsində 61 nəfər həlak olub.

"Frans Press" agentliyi isə bu gün ölkədə baş vermiş partlayışlar nəticəsində 100-ə yaxın insanın öldüyünü yazır.

Xəbər lenti

Xəbər lenti