Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/
Neftçalada "VAZ-2107" markalı avtomaşınla "MT-10" markalı motosiklet toqquşub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 20-də saat 20.15 radələrində Neftçala rayonu ərazisində rayon sakinləri Səlim Səlimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Taleh Eynullayevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "MT-10" markalı motosiklet toqquşub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosiletin sürücüsü Eynullayev orada ölüb.
Faktla əlaqədar Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.