...

Bülənt Arınç: Nümayişlər nəticəsində Türkiyəyə 70 milyon lirə ziyan dəyib

Hadisə Materials 4 İyun 2013 15:45 (UTC +04:00)
Türkiyənin müxtəlif şəhərlərində keçirilən nümayişlər nəticəsində ölkəyə 70 milyon lirə ziyan dəyib.
Bülənt Arınç: Nümayişlər nəticəsində Türkiyəyə 70 milyon lirə ziyan dəyib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin müxtəlif şəhərlərində keçirilən nümayişlər nəticəsində ölkəyə 70 milyon lirə ziyan dəyib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib.

Arınçın sözlərinə görə, ən çox ölkənin iri şəhərlərinə ziyan vurulub.

Türkiyənin bir sıra şəhərlərində İstanbulun Taksim meydanındakı Gezi parkında nümayişçilərə dəstək aksiyaları keçirilir.

Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnağından istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti