...

Bakıda sərnişin avtobusu qəza törədib (FOTO)

Hadisə Materials 12 İyun 2013 12:24 (UTC +04:00)
Bakıda sərnişin avtobusu qəza törədib.
Bakıda sərnişin avtobusu qəza törədib (FOTO)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda sərnişin avtobusu qəza törədib.

Trend-in məlumata görə, bu gün Bakıda saat 9:00 radələrində sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

193 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtobus Teleteatrdan sonra enişdə Mehdi Hüseyn küçəsi, 80 ünvanında yerləşən ikimərtəbəli yaşayış binasının divarına çırpılıb.

Hadisə şahidlərinin Trend-ə bildirdiyinə görə, avtobus hərəkətdə olan zaman əyləc sistemində nasazlıq yaranıb və sərnişinlə dolu avtobus divara çırpılıb.

Bakı şəhər BDYPİ-dən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində nə sürücü, nə də sərnişinlərdən kimsə ciddi xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti