...

Bakıda ailə münaqişəsi zəminində qətl törədilib

Hadisə Materials 4 İyul 2013 10:24 (UTC +04:00)
Binəqədi rayonunda ər arvadını qətlə yetirib.
Bakıda ailə münaqişəsi zəminində qətl törədilib

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/

Binəqədi rayonunda ər arvadını qətlə yetirib.

Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə 28 May qəsəbəsi, ev-54 ünvanında qeydə alınıb. 1962-ci il təvəllüdlü Babagül Məmmədəliyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1961-ci il təvəllüdlü Xalidə Məmmədəliyevanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Məmmədəliyev şübhəli qismində tutularaq saxlanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti