Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/
Lənkəran rayonunundakı yol-nəqliyyat hadisəsi sərnişinin ölümü ilə nəticələnib
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyulun 8-də saat 01.45 radələrində Lənkəran rayonunun Şirinsu kəndi ərazisində rayon sakini Aqil Alxasov idarə etdiyi "VAZ-2115" markalı avtomaşını qarşıda gedən Liman şəhər sakini Kamran Həbibovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurub.
Nəticədə xəsarət almış Alxasov və sərnişini, Lənkəran şəhər sakini Turan Quluzadə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Quluzadə orada ölüb.
Faktla bağlı cinyət işi açılıb, araşdırma aparılır.