...

Qüdsdə yəhudi mühacirlərlə müsəlmanlar arasında qarşıdurma baş verib

Hadisə Materials 10 İyul 2013 15:54 (UTC +04:00)
Bu gün Qüdsdə "əl-Əqsa" məscidi ərazisində yəhudi mühacirlər və məsciddəki müsəlmanlar arasında qarşıdurma baş verib.
Qüdsdə yəhudi mühacirlərlə müsəlmanlar arasında qarşıdurma baş verib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Tağıyeva/

Bu gün Qüdsdə "əl-Əqsa" məscidi ərazisində yəhudi mühacirlər və məsciddəki müsəlmanlar arasında qarşıdurma baş verib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Təqribən 100 yəhudi mühacir İslam və müsəlmanlar əleyhinə şüarlar səsləndirərək zorla məscidin həyətinə daxil olublar. Məsciddəki müsəlmanlar onlara öz etirazlarını bildiriblər.

Nəitəcədə iki tərəf arasında baş vermiş toqquşma mühacirlər məscidin ərazisini tərk etdikdən sonra başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti