...

İraqda partlayış: 10 nəfər həlak olub

Hadisə Materials 12 İyul 2013 01:58 (UTC +04:00)
İraqda törədilmiş iki partlayış nəticəsində 10 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.
İraqda partlayış: 10 nəfər həlak olub

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İraqda törədilmiş iki partlayış nəticəsində 10 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Bağdaddan 80 km şimal-qərbdə yerləşən Müktadiyyə şəhərində minalanmış avtomobil partladılıb. Məlumata görə, terror aktı yas mərasimi keçirilən yerin yaxınlığında törədilib. Hadisə yerinə xilasedicilər gəldikdən sonra ikinci partlayış baş verib.

Qeyd edək ki, bundan bir qədər əvvəl İraqın şimal-qərbində naməlum şəxslər təhlükəsizlik qüvvələrinin 14 nümayəndəsini qətlə yetirib.

Xəbər lenti

Xəbər lenti