Azərbaycan, Bakı, 16 iyul /Trend/
Batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib. Bu barədə Trend məlumat verib.
Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.