...

Dəməşqdə güclü partlayış baş verib: 10 nəfər ölüb, 56 insan yaralanıb

Hadisə Materials 7 Avqust 2013 01:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Suriyanın paytaxtı Dəməşqdə, Carmana rayonunda, Əs-Suyuf meydanında güclü partlayış baş verib. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, nəticədə 10 nəfər ölüb, 56 insan yaralanıb.

Məlumatda deyilir ki, həmin ərazidə minalanmış avtomobil partladılıb.

Qeyd edək ki, eyni məkanda iki həftə öncə də partlayış baş vermişdi və nəticədə 7 nəfər ölmüş, 62 insan yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti