Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/
Bərdə rayon sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində əxlaqsızlıq yuvası aşkar edilib.
Polis əməkdaşları tərəfindən Mirzəxan kəndinin ərazisindəki kafedə, orada işləyən rayon sakini Ələkbər Abdullayevin gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.