...

Polis Bakıda qız qaçırmış 4 nəfəri saxlayıb

Hadisə Materials 4 Sentyabr 2013 13:40 (UTC +04:00)
Qaradağ rayonu Səngəçal qəsəbəsində qızı zorla qaçırmış 4 nəfər saxlanılıb.
Polis Bakıda qız qaçırmış 4 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

Qaradağ rayonu Səngəçal qəsəbəsində qızı zorla qaçırmış 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 3-də Qaradağ rayonu Səngəçal qəsəbə sakini Gülbəniz Quliyeva 11-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün qızı Cəmalənin qəsəbə ərazisindən "Opel" markalı avtomaşında olan 4 naməlum şəxs tərəfindən zorla aparılmasını bildirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən "Opel" markalı avtomaşın Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən Kürdəmir rayonunun ərazisində saxlanılıb. Sürücü Bakı şəhər sakini Nurlan Həsənov və sərnişinləri - Səngəçal qəsəbə sakinləri Vəliyyət Lələyev, Bərdə rayon sakinləri Nicat Kərimov və Fərid Kərimov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə, Cəmalə isə valideynlərinə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti