...

İmişlidə yaşlı kişi qətlə yetirilib

Hadisə Materials 6 Sentyabr 2013 17:36 (UTC +04:00)
İmişli rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun 60 yaşlı sakini 57 yaşlı həmyerlisini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
İmişlidə yaşlı kişi qətlə yetirilib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

İmişli rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun 60 yaşlı sakini 57 yaşlı həmyerlisini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə sentyabrın 6-sı səhər saatlarında İmişli-Kürdəmir avtomobil yolunun kənarındakı örüş sahəsində qeydə alınıb. Belə ki, 1953-cü il təvəllüdlü İmişli sakini Səmid Zeynalov ilə həmyerlisi, 57 yaşlı Nəsirov Namiq Nərçə oğlu arasında mübahisə yaranıb. Səmid üzərində gəzdirdiyi cib bıçağı ilə Namiqə hücum edib və onun bədəninə müxtəlif yerlərdən çoxsaylı bıçaq zərbəsi endirib. Namiq hadisə yerində dünyasını dəyişib.

Cinayəti törətməkdə şübhəli bilinən Səmid Zeynalov isə polisə gələrək təslim olub. Törətdiyi cinayət hadisəsini etiraf edən Səmid Zeynalov bununla belə törətdiyi əməldən peşman olmadığını deyib.

Hazırda fatkla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti