...

İranda 8 narkotik qaçaqmalçısı edam olunub

Hadisə Materials 22 Sentyabr 2013 17:50 (UTC +04:00)
Bu gün səhər İranın Yəzd şəhərinin mərkəzi həbsxanasında 8 nəfər edam olunb.
İranda 8 narkotik qaçaqmalçısı edam olunub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın Yəzd şəhərinin mərkəzi həbsxanasında 8 nəfər edam olunb. Trend İranın FARS xəbər agentliyinə istinadən, bu barədə məlumat verir.

Məlumata əsasən, edam olunan şəxslərdən 3-ü qadındır. Onlar narkotik maddələrin daşınması, istifadəsi və satışı ittihamı ilə edama məhkum olunublar.

İran KİV-lərinin məlumatına görə, hazırda bu ölkənin həbsxanalarında 300-dən artıq şəxs narkotik qaçaqmalçılığına görə edam olunacağı günü gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti