...

Bakıda istintaq təcridxanasına alt paltarında telefon keçirmək istəyiblər (FOTO)

Hadisə Materials 26 Sentyabr 2013 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasında və 3 saylı İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 25-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən məhkum Vüqar Sultan oğlu Əliyevin kamerasına baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Vüqar Əliyev Cinayət Məcəlləsinin 182.3.2 (Hədə-qorxu ilə tələb etmə; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

ELə həmin gün həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə 3 saylı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Nazim Xəlil oğlu Əsgərovun zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan alt paltarının içində gizlətdiyi 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və ona məxsus şampun qabının içərisində sellofana bükülərək gizlədilmiş xalis çəkisi 2,161 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Nazim Əsgərovun Cinayət Məcəlləsinin 177.2.2(Oğurluq; təkrar törədildikdə); 177.2.4 (Oğurluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə); 185.1 (Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) maddələri ilə təqsirli bilinir.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti