...

Bakıda baş verən yanğın 6 yaşlı qızın ölümünə səbəb oldu

Hadisə Materials 11 Oktyabr 2013 16:32 (UTC +04:00)
Bakıda baş verən yanğın nəticəsində bir azyaşlı ölüb.
Bakıda baş verən yanğın 6 yaşlı qızın ölümünə səbəb oldu

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakıda baş verən yanğın nəticəsində bir azyaşlı ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibinin övladları 2007-ci il təvəllüdlü Nərgiz Pərviz qızı Bəşirova və 2011-ci il təvəllüdlü Murad Pərviz oğlu Bəşirov yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Nərgiz Bəşirova xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti