...

Məhkumun cibindən tiryək çıxdı

Hadisə Materials 12 Oktyabr 2013 19:04 (UTC +04:00)
Penitensiar Xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkumun cibindən tiryək çıxdı

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Penitensiar Xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr bölməsindən Trend-ə verilən məlumata görə, oktyabrın 11-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 318.1-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zaur Akif oğlu Cəfərov müəssisənin inzibati binasına dəvət olunaraq üzərində axtarış aparılıb və əynindəki gödəkçənin sol cibindən ağ rəngli "Kent" siqaret qutusunun içərisindən şəffaf sellofana bükülü ümumi çəkisi 1,9 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti