...

Qətldə şübhəli bilinən Orxan Zeynalov məhkəmədə təqsirkar olmadığını deyib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Oktyabr 2013 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycan vətəndaşı Orxan Zeynalov bu gün keçirilən məhkəmədə Yeqor Şerbakovun qətlində özünü təqsirli bilməyib. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

O.Zeynalov tərcüməçi vasitəsilə deyib: "Mən ittihamla razı deyiləm. Mən qətlə yetirməmişəm".

Öldürülən moskvalı Yeqor Şerbakovun rəfiqəsi saxlanılan O.Zeynalovu qatil kimi tanıyıb. Bunu cümə axşamı müstəntiq Moskvanın Presnenski məhkəməsinin zalında deyib.

İstintaq O.Zeynalovu qatil kimi tanıyan Kseniya Popovanın sorğu protokolunu bu məsələnin işi üzrə materiallara əlavə edib. K.Popova O.Zeynalovla üzləşdirilərkən qatilin tanınması faktı qeydə alınıb.

Prokuror isə öz növbəsində qeyd edib ki, O.Zeynalov qətli xuliqanlıq zəminində törədib və gizlənib. Müstəntiq O.Zeynalovun mövqeyini məhkəməyə belə izah edib: "Şübhəli qismində dindirilən O. Zeynalov göstərib ki, daha əvvəl tanımadığı Şerbakova bıçaq zərbələrini qarşı tərəfin onu birinci təhqir etməsi və əlləri ilə zərbə endirməsindən sonra vurub".

Prokurorluğun mövqeyinə görə, törədilmiş qətlin ağırlığı, məhkumluq həyatı yaşamış, işsiz və ailəsi olmayan O.Zeynalovun şəxsiyyəti hüquq mühafizə orqanlarını istintaq dövründə onu cəmiyyətdən təcrid etmək barədə xahiş etməyə məcbur edir.

Prokuror qeyd edib ki, o, azadlıqda olarkən cinayətkar fəaliyyətlə məşğul olmağa davam edə bilər.

Qeyd edək ki, O.Zeynalov 2011-ci ildə Moksva məhkəməsinin qərarı ilə bir il azadlıqdan və 3 il nəqliyyat vasitəsini idarə etməkdən məhrum edilmişdi. O, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi ilə həbs edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti