Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İ.İzzət/
Bakı İstintaq təcridxanasında mobil telefon aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Aqil Mustafa oğlu Vəliyevin üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki alt paltarının içində gizlətdiyi, daxilində danışıq kartı olmayan bir ədəd "Kenxinda" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Qeyd edək ki, 1980-cı il təvəllüdlü A.Vəliyev Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (Oğurluq; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək həbs edilib.
Fakt üzrə araşdırma aparılır.