Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Bu gün İraqın paytaxtı Bağdadda bir neçə terror aktı nəticəsində ən azı 14 nəfər plüb, 25 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
"Reuters" agentliyinin məlumatına görə, partlayışlar sakinlərin daha sıx olduğu yerlərdə baş verib.
Qeyd edək ki, ötən il İraqda baş vermiş terror aktları nəticəsində 7818 mülki şəxs ölüb, 17 981 nəfər xəsarət alıb.