...

Gəncədə evdən avtomat silah və sursat tapılıb

Hadisə Materials 8 Yanvar 2014 13:04 (UTC +04:00)
Gəncə şəhəri ərazisində odlu silah və vasitələri tapılıb.
Gəncədə evdən avtomat silah və sursat tapılıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İzzət/

Gəncə şəhəri ərazisində odlu silah və vasitələri tapılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 7-də Gəncə şəhəri Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gəncə şəhəri H.Əliyev prospekti, ev 151-in zirzəmisindən 1 ədəd "AK-74" silahı, 175 ədəd müxtəlif çaplı patron və 5 ədəd patron darağı tapılıb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti