...

Balakəndə partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 11 Yanvar 2014 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İzzət/

Balakən şəhər sakininin evində təbii qazın sızmasından partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da saat 23 radələrində Balakən şəhər sakini Rəfiqə Dibirovanın evində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə evin pəncərə və qapı çərçivələri dağılıb, xəsarət almış R.Dibirova və qonağı - Bakı şəhər sakini Məhəmməd Əliyev xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti