...

Bakıda fahişəliyə cəlb etməyə görə iki qadın saxlanılıb

Hadisə Materials 12 Fevral 2014 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/

Qadınları fahişəliyə cəlb etmiş Bakı şəhər sakinləri saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Hüseynova saxlanılıb.

Onun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kəmalə Əziz qızı saxlanılıb. Onun da gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi məlum olub.

Hər iki faktla bağlı araşdırma gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti