...

FHN Gəncədə bir kişinin 2 uşağı ilə birgə intihara cəhd etməsi barədə məlumat yayıb

Hadisə Materials 12 Fevral 2014 16:44 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər kişinin 2 azyaşlı uşağı ilə beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.
FHN Gəncədə bir kişinin 2 uşağı ilə birgə intihara cəhd etməsi barədə məlumat yayıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/

Gəncədə bir kişi 2 uşağı ilə birgə intihara cəhd edib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər kişinin 2 azyaşlı uşağı ilə beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü və uşaqlarını yaşayış binasının damında yandırmaq istəyir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti