...

Bakının mərkəzində binaların birində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB 5) (FOTO)

Hadisə Materials 22 Fevral 2014 14:44 (UTC +04:00)
Bakının mərkəzində yaşayış binalarının birində yanğın başlayıb. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər. Yanğınla əlaqədar şəhərin mərkəzində tıxac yaranıb.
Bakının mərkəzində binaların birində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB 5) (FOTO)

ilk xəbər 14:07-də yayılıb

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzində yaşayış binalarının birində yanğın başlayıb. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər. Yanğınla əlaqədar şəhərin mərkəzində tıxac yaranıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, Hökumət Evinin arxasında binada yanğının baş verməsi barədə məlumat daxil olub. Həkim briqadaları hadisə yerinə gediblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Üzeyir Hacıbəyli küçəsi, 75/89 ünvanındakı binada qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb. Yanğınsöndürmə briqadaları hadisə yerinə gediblər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından daha sonra Trend-ə bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın artıq söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti