Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/
Bakıda qadın alt paltarında 2 saylı cəzaçəkmə müəssəsinə əri üçün telefon keçirmək istəyib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Samir İlham oğlu Nuriyevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Aynurə Çingizxan qızı Əsədullayevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı Aynurə Əsədullayevanın alt paltarında gizlətdiyi daxilində "Nar" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, S.Nuriyev Cinayət Məcəlləsinin 182.2.5 (Hədə-qorxu ilə tələb etmə); 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.