...

Şəkidə İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb

Hadisə Materials 8 Mart 2014 12:50 (UTC +04:00)
Şəki Penitensiar müəssisəsində qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Şəkidə İstintaq təcridxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/

Şəki Penitensiar müəssisəsində qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həbs edilmiş Azər Müsəllim oğlu Əhmədov etapla Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasına daxil olarkən əşyalarına və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan gödəkçənin cibindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, A.Əhmədov Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasına saxlanılan Şixamir Cuma oğlu Şixamirovun əşyalarına və üzərinə baxış zamanı onun əynində olan gödəkçənin cibindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı və "Nar" danışıq kartının qırıqları aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ş.Şixamirov Cinayət Məcəlləsinin 221.2.1; 221.3; 317.2.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti