...

Şəmkirdə atı vuran avtomobil yanaraq külə dönüb (FOTO)

Hadisə Materials 11 Mart 2014 03:13 (UTC +04:00)
Şəmkirdə atı vuran avtomobil yanaraq külə dönüb.
Şəmkirdə atı vuran avtomobil yanaraq külə dönüb (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Şəmkirdə atı vuran avtomobil yanaraq külə dönüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün axşam saat 23:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.

Gəncə sakini 23 yaşlı Alik Murquzov idarə etdiyi Qazel markalı yuk avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində olan çox sayda atlardan birini vurub. Daha sonra avtomobil yolun kənarındakı ağaca çirpilib. Bu zaman nəqliyyat vasitəsi muhərrik hissəsindən yanmağa baslayib. Hadisə yerinə cəlb olunan Şəmkir yanğin sondurənləri alovun qarşısın alsalarda Qazel tam yararsiz hala düşüb.

Qeyd edək ki, yolun hərəkət hissəsində olan atlardan biri olüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq ve Təhqiqat şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti