...

Penitensiar müəssisələrdə mobil telefon aparatları aşkar edilərək götürülüb

Hadisə Materials 14 Mart 2014 18:57 (UTC +04:00)
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Mirzə Rafiz oğlu Niftullayevin kamerasına və üzərinə baxış keçirilən zaman kameranın sanitar qovşağının pəncərəsində gizlədilmiş bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Penitensiar müəssisələrdə mobil telefon aparatları aşkar edilərək götürülüb

Azərbaycan, Bakı, 14 mart /Trend/

Penitensiar müəssisələrdə mobil telefon aparatları aşkar edilərək götürülüb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Mirzə Rafiz oğlu Niftullayevin kamerasına və üzərinə baxış keçirilən zaman kameranın sanitar qovşağının pəncərəsində gizlədilmiş bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1; 177.2.1; 177.2.2; 178.2.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş Rahib Zülfüqar oğlu Həşimov etapla 2 saylı İstintaq təcridxanasına daxil olarkən onun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin içində gizlədilmiş daxilində "Nar" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş Ceyhun Hakim oğlu Əhmədov etapla 3 saylı İstintaq təcridxanasına daxil olarkən onun üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş bir ədəd "Samsung" markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4; 234.1: 66.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş David Temuroviç Kvaraçxelyanın üzərinə və kamerasına baxış keçirilən zaman yataq yerində döşəyinin içində gizlədilmiş bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti