...

Goranboyda yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 20 Mart 2014 21:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart /Trend/

Goranboy rayonu, Cinli Boluslu kəndində (rayon mərkəzindən 11 km aralı) "Hyundai" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, hər iki avtomobilin sürücüsü hadisə yerində vəfat etmişdir.

Deformasiyaya uğramış "Kia" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1973-cü il təv. Əhmədov Hikmət Komisar oğlunun meyiti müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla yanğınsöndürən-xilasedicilər tərəfindən, digər sürücü 1988-ci il təv. Məmmədov Nicat Mürşüd oğlunun meyiti vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Xəbər lenti

Xəbər lenti