Azərbaycan, Bakı, 24 mart /Trend/
Azərbaycan Ordusun əsgəri avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edən 20 yaşlı Heybətqulu Əzizov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.