Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir T.Cəfərov/
Ötən gün İraqın Bədrə şəhəri yaxınlığında iranlı zəvvarları daşıyan avtobus aşıb, 12 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə bu gün İRNA agentliyi xəbər verib.
Məlumata əsasən, avtobusun aşmasına səbəb onun yüksək sürətlə hərəkət etməsi olub. Yaralılardan altı nəfərin vəziyyəti ağırdır.